Ümumi Qaydalar

Administrasiya: Azərbaycan respublikasının vergilər nazirliyindən qeydiyyatdan kecmiş və mobil əlavənin satışına hüququ olan ecoyol.info. Bundan sonra Ecoyol.

Mobil Əlavə: Ecoyol adı altında  internet şəbəkəsində yerləşdirilmiş ecoyol.info və bu web resurs üçün nəzərdə tutulmuş mobil əlavə.

İstifadəci: göstərilən qaydalarla razılaşan hər bir şəxs. bundan sonra (Sərnişin və Sürücü)

Şəxsi məlumat:  – İstifadəçi haqqında məlumatlardır və ya məlumatlar məcmusudur ki, İstifadəçi özü haqqında, İstifadəçinin şəxsi məlumatları, əlavədən istifadə prosesində Administrasiyaya avtomatik olaraq ötürülən informasiya, o cümlədən IP-ünvan, cookie-dən informasiya, İstifadəçinin brauzeri haqqında və İstifadəçi haqqında başqa informasiyalar daxil olmaqla, qeydiyyat vaxtı sərbəst və ya əlavədən istifadə prosesində təqdim edir.

Razılaşmanın Tərəfləri: – Administrasiya və İstifadəçidir.

 

 

 

Qaydalar və Şərtlər

Sürücülərin öhdəlikləri:

  1. Sərnişinlər tərəfindən gələn sorğuları  qəbul etməlidir. (Qadın sürüçülər istesnadır. Qadın olmayan sərnişinləri qəbul etməyə bilər)

  2. Mobil əlavədən istifadə etmək üçün qanunla tələb olunan sənədlər toplusunu təqdim etməlidir.

  3. Qəbul etdiyi sifarişə uyğun olaraq Ecoyol administrasiyaı tərəfindən təyin olunmuş tafirlərə əsasən hesablanmış qiymətlə razılaşmalıdır.

  4. Fors-major hallar baş verdikdə qabaqcadan sərnişinləri proqramda quraşdırılmış çat və mobil telefon vasitəsi ilə xəbərdar etməlidir.

  5. Lüzum olmadığı hallarda çat və ya mobil telefon vasitələri ilə sərnişini narahat etməməli və ona aid olan məlumatları üçüncü şəxsə verməməlidir.

  6. Salonda sərnişini narahat edəcək  (nəqliyyat vasitəsini çirkli olması,siqaret cəkmək, içkili vəziyyətdə avtomobili idarə etmək, pis qoxulu madələrdən istifadə etməkə, yüksək səslə musiqi dinləmək) çəkinməlidir, etik davranış qaydalarına riayət etməlidir.

  7. Nöqtədən nöqtəyə (point to point) xidmətindən istifadə edərkən planlaşdırılmış marşrut üzrə yola çıxdıqda, avtomobil sərnişinlə tam dolmadıqda, və sürücü qoyduğu marşrut üzrə hərəkət etmək fikrindən daşındıqda, yaxın məsafəyə getdikdə 1 saat əvvəl, digər uzaq bölgələrə (Rayon və Şəhərlərə) getdikdə isə 6-8 saat öncədən sövdələşdiyi sərnişinləri xəbərdar etməlidir.

  8. Sürücü program təminatının sərnişin haqqında bölümündə   neqativ rəylər aşkar edərsə sərnişinə xidmət göstərməkdən imtina edə bilər.

  9. Mobil əlavəni Ecoyol administrasiyasının razılığı olmadan kommersiya məqsədi ilə satmaq və ya razılaşmada göstərilən hallarda başqa məqsədlə istifadə etmək.

  10. Yuxarıda göstərilən şərtlərdən hər hansı birinin kobud şəkildə pozulması barədə sərnişinlər tərəfindən şikayət gələrsə,  sürücü ilk dəfə xəbərdarlıq alır,  belə bir hal təkrarlanasa proqram təminatından istifadə hüququndan məhrum edilir. (mobil əlavədən istifadə etmək üçün ödənilmiş məbləğ qaytarılmadan)

     

Sərnişinlərin hüquqları:

  1.  Mobil əlavədən tam pulsuz istifadə etmək hüququ.

  2.  Sürücü tərəfindən hər hansı bir qayda pozuntusu gördükdə etik normalara riayət edərək haqqında rəy bildirmək.

  3. Mobil əlavanin ödəniş sistemi və ya hər hansı başqa təhlükəsizlik qaydalarını pozmamaq.

  4. Özü haqqında məlumatı (mobile telefon nömrəsi, Ad, Soyad email ünvanı) və digər məlumatları tam göstərmək.

  5. Proqram təminatını kommersiya məqsədləri üçün istifadə etməmək.

  6. Göstərilən şərtlər pozulduğu halda sərnişin mobil əlavədən istifadə etmə hüququndan məhrum edilir. Və təkrar qeydiyyatına razılıq verilmir.

Ecoyol-un öhdəlikəri:

  1. Mobil əlavənin təminatının keyfiyyətli və davamlı işləməsini təmin etmək.

  2. İstifadəçilər tərəfindən gəlmiş rəy və şikayətlərə baxaraq müvafiq tədbirələr görmək.

  3. Ecoyol administrasiyası yalnız mobil əlavənin dəqiq müəyyən olunmuş tarif  müqabilində satışı ilə məşquludur, və  istifadəçilərdən hər hansı formada digər ödəniş tələb olunmur.

  4. Ecoyol  Sərnişin və Sürücü arasında olan hər hansı hesablaşmaya görə cavabdehlik daşımır.

  5. Bütün istifadəçilərin şəxsi məlumatları qorunur və qanunvericlikdə nəzərdə tutulmuş hallar istisna olmaqla üçüncü şəxslərə verilmir.

  6. Ecoyol Administrasiyası hec bir internet provayderinin və ya mobil operatorun şəbəkəsinidə  yaranmış texniki və ya hər hansı nasazlıqla bağlı porblemlərə cavabeh deyl.(Həmçinin istifadəçilərin cihazlarında olan nasazlıqlarda daxildir)

  7. Xidmətin yaxşılaşdırılması və keyfiyyətin artırılması ilə bağlı bu qaydalar və şərtlər Ecoyol administarsiyası tərəfindən dəyişdirilə bilər.

I am text block. Click edit button to change this text. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

I am text block. Click edit button to change this text. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.